
29 mart 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova, həkimlər, reanimatoloqlar və tibb işçiləri iştirak ediblər.
Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova da mövzunun aktuallığına dair fikirlərini bölüşərək, Tibbi Xidmət İdarəsinin rəhbərliyinə mühüm əhəmiyyətli mövzulara dair həyata keçirilən davamlı tibbi təhsil tədbirlərinə görə təşəkkür ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova bildirib ki, hazırda orqan köçürülməsi əməliyyatının icrasını gözləyən bir çox xəstələr üçün donor tapılmasında beyin ölümü diaqnozunun qoyulmasına böyük ehtiyac var. Bu işdə reanimatoloqların üzərinə düşən işləri xüsusi qiymətləndirən Y.Abbasova qeyd edib ki, bugünkü seminardan sonra bu işin başlanması gözlənilir və həkimlər orqan gözləyən pasiyentlərinə köməkliklərini göstərə biləcək.
Rəsmi hissədən sonra seminarın elmi hissəsi öz işinə başlayıb. Elmi hissədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr. Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr. Mehdi Əliyev “Beyin ölümü diaqnozunun qoyulmasına praktik yanaşma və təcrübəmiz” və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr. Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri” mövzularında təqdimatlarla çıxış ediblər. Seminar zamanı auditoriyanı maraqlandıran suallar cavablandırılıb və real klinik hallara dair müzakirələr həyata keçirilib.